Мой сайт ГлавнаяРегистрацияВход Bazar
19.05.2024
04:31
Приветствую Вас Qonaq | RSS
Меню сайта
Мини-чат
Наш опрос
Saytda en cox hansi bolme Xosunuza gelir?
Bütün cavablar: 318
Статистика

Online: 1
Qonaq 1
İstifadəçi 0
 İ Q T İ S A D İ Y Y A T 

Bu səhifədə dünyada və Azərbaycanda baş verən bütün iqtisadiyyat xəbərlərindən agah ola bilərsiniz

Gədəbəydə qızıl-mis emalı zavodunun açılışı olub
Zavodun açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib Mayın 26-da Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasim keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısına bildirilib ki, 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Şirkət layihə üçün zəruri olan bütün kapitalı təmin edir. Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olub və dəfələrlə mis və nəcib metalların çıxarılması məqsədi ilə istismar edilib. 1864-1917-ci illərdə yataqda müvafiq qaydada sənədləşdirilmiş dağ-mədən işləri aparılıb. Həmin dövrdə Almaniyanın “Siemens” şirkəti yataqda mis filizinin hasilatı ilə məşğul oluşb təxminən 2 milyon ton filiz çıxarılıb. Sonralar Gədəbəy yatağında və onun ətrafında “Dövlətgeolkom” tərəfindən müəyyən fasilələrlə tədqiqatlar aparılıb. Azərbaycan hökuməti tərəfindən təsdiq edilən və 2005-2009-cu illəri əhatə edən 4 illik İş Proqramı əsasında Gədəbəy, Qoşa və Ordubad kontrakt sahələrində geoloji-kəşfiyyat işlərinə başlanıb. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti 2006-2007-ci illərdə Gədəbəy Kontrakt Sahəsində yerləşən eyniadlı qızıl-mis yatağında almaz və əks-sirkulyasiya üsulları ilə ümumi dərinliyi 17700 metr olan 146 kəşfiyyat quyusu qazmaqla yatağın filiz ehtiyatlarını qiymətləndirib. Quyuların maksimum dərinliyi 270 metr olub. Əksər quyularda yer səthindən 120 metr dərinlikdə filizləşmə zonası kəsilməsinə baxmayaraq, dərinlik üzrə etibarlı məlumat əldə etmək məqsədi ilə qazma işləri davam etdirilib. Layihəyə mal-material, iş və xidmətlər ilə bağlı 50-yə yaxın subpodratçı təşkilat cəlb olunub. Kəşfiyyat, tikinti-quraşdırma işlərinə və avadanlığa ümumilikdə 60 milyon dollardan çox vəsait sərf edilib. 2007-ci ilin əvvəlində şirkət Gədəbəy qızıl-mis layihəsi üzrə kəşf sənədini Azərbaycan hökumətinə təqdim edib. Dövlət başçısına məlumat verilib ki, bütün quyulardan götürülən nümunələrin əyar analizinin nəticələrinə əsasən qızılın 0,3q/t kənar miqdarı ilə ehtiyatların qiymətləndirilməsi ABŞ-ın Denver şəhərində SRK məsləhətçiləri tərəfindən müstəqil yerinə yetirilib. Aparılan tədqiqatlar və analizlər nəticəsində Gədəbəy yatağında 15,6 milyon ton filizdə orta hesabla 1,5 q/t qızılın, 12,2 q/t gümüşün və 0,24 faiz misin olması müəyyən edilib. Bu da yataqda təxminən 22 ton qızılın, 192 ton gümüşün və 37 min ton misin olması deməkdir. Yataqdaxili ehtiyatlar üzrə 7,6 milyon ton filizdə orta hesabla 1,86 q/t qızıl, 15,9 q/t gümüş və 0,24 faiz mis var. Bu isə təxminən 14 ton qızıl, 123 ton gümüş və 22 min ton mis deməkdir. Topa aşındırma texnologiyasından istifadə edərək, bu ehtiyatlardan təxminən 70 faiz - 9,8 ton qızıl, 50 faiz - 61,5 ton gümüş və 35 faiz - 7,7 min ton mis istehsal etmək mümkün olacaq. Zavodun illik orta filiz məhsuldarlığı 1200 tondur. Bildirilib ki, Gədəbəy yatağı dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşir. Misdağ dağının digər tərəfində topa aşındırma sahəsi üçün münasib hesab edilmiş dayaz dərə uzanır. Mədən tullantıları Misdağı əhatə edən dərələrə töküləcək. Ətraf süxurların yalnız kiçik bir hissəsi turşu formalaşdırıcı süxur kimi xarakterizə edilir. Aşındırma meydançasının konseptual və son layihə işi Avstraliyanın beynəlxalq səviyyədə nüfuzlu Pertin Knight Piesold firması tərəfindən tamamlanıb. Hazırda yatağın açılması partladıcı maddələr olmadan həyata keçirilir. Partlayış işləri isə müasir partladıcı maddələrin tətbiqi ilə yerinə yetiriləcək və partlayış üçün təyin olunmuş vaxtla məhdudlaşacaq. Qızıl istehsalının 90 faizi sianidlərdən istifadə olunmaqla həyata keçirilir. Zavodda dövr edən məhluldan qızılı ayırmaq üçün qatran texnologiyasından istifadə edilməsi nəzərdə tutulur. Yatağın istismarı zamanı 300-400 adamın işə götürülməsi gözlənilir. Hazırda sahədə 250 nəfər çalışır. Əməliyyat məsrəflərinin Gədəbəy layihəsi üzrə ümumilikdə 88,1 milyon dollar, əsaslı məsrəflərin isə 33,8 milyon dollar olacağı proqnozlaşdırılır. Bu da hasil ediləcək bir ton filizin maya dəyərinin 11,5 dollar və ya istehsal olunacaq 1 unsiya qızılın maya dəyərinin 283,14 dollar olacağı deməkdir. Gədəbəy layihəsi üzrə ümumi gəlirin 229,1 milyon dollar, mənfəətin 107,2 milyon dollar olacağı gözlənilir. Ümumiyyətlə Saziş üzrə şirkətə 6 sahə verilib. Bu sahələrdən biri Gədəbəydə, biri Naxçıvanda, biri Tovuzda, üçü isə Ermənistanın işğalı altında olan ərazilərdədir. Gədəbəy kontrakt sahəsinin bir neçə obyektində yerüstü geoloji-kəşfiyyat işləri, geofiziki, geokimyəvi tədqiqatlar yerinə yetirilib. Dövlət başçısı əraziyə baxıb, süxurların nümunələri ilə tanış olub. Daha sonra prezident İ. Əliyev emal müəssisəsində olub, zavodu işə salıb. O, Gədəbəy qızıl-mis zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasimdə nitq söyləyib. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Reza Vəziri, Anqlo-Asiya Mayninq PLC-nin rəhbəri Con Sununu, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy geoloji axtarış-kəşfiyyat işləri üzrə böyük mühəndisi Şakir Qədimov da mərasimdə çıxış ediblər.
İyunun 1-dən dövlət ipoteka kreditləşməsi bərpa olunacaq
Bu ilin iyun ayının 1-dən etibarən Azərbaycan İpoteka Fondu (AİF) dövlət ipoteka kreditləşməsini bərpa edəcək. AİF-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, iyunun 1-dən müvəkkil kredit təşkilatları tərəfindən veriləcək ipoteka kreditlərinin şərtlərinə kreditin yalnız Azərbaycan vətəndaşlarına və yalnız Azərbaycan manatı ilə (50 min manatdan çox olmamaq şərti ilə) verilməsi, müddəti 3 ildən 25 ilədək, illik faiz dərəcəsi isə 8%-dən çox olmaması, kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 85%-dən çox olmaması, ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borc alanın (borc alanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmaması, borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanması, kreditin son ödəniş tarixinə borc alanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmaması, kredit yaşayış sahəsinin ipotekası ilə təmin olması, ipoteka ilə yüklü edilən daşınmaz əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsi və kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməsi daxildir. Bundan başqa, AİF dövlət ipoteka kreditlərini verəcək müvəkkil kredit təşkilatlarının, sığorta şirkətlərinin və qiymətləndirici şirkətlərinin sayını da azaldıb. Belə ki, əgər bundan öncə kreditləri 22 müvəkkil kredit təşkilatı verirdisə, bu təşkilatların sayı 17-ə düşüb. Sığorta şirkətlərinin sayı 11-dən 10-a, qiymətləndirici şirkətlərin sayı isə 13-dən 7-yə salınıb.
Tovuzda 4 ulduzlu otel tikilir
Otelin payızda istifadəyə verilməsi nəzərdə tutulur Tovuz rayonunda inşa edilən 70 otaqlı, 5 mərtəbəli, 4 ulduzlu otel binasının inşası artıq yekunlaşmaq üzrədir. Tovuz rayonunun baş memarı Rəşid Həsənovun Zero-Cool.ucoz.ru-nun Gəncəbasar müxbirinə verdiyi məlumata görə, binanın xarici görünüşü üçün müəyyən işlər görüldükdən sonra otel istifadəyə tam hazır olacaq. Otelin tikintisi üçün 3 hektar ərazi ayrılıb. İdman oyunları və üzgüçülük hovuzu üçün əlavə binalar tikilib. Otelin sentyabr ayında
Bakı-Gəncə sərnişin qatarının hərəkəti dayandırılacaq
Bu qatarın vaqonları Bakı-Ağstafa qatarına qoşulacaq Mayın 31-dən etibarən sərnişin qatarlarının yay hərəkət cədvəlinə keçməsi ilə bağlı 678-677 saylı Bakı-Gəncə qatarının hərəkəti dayandırılacaq. Dövlət Dəmir Yolunun Yük Daşınmalarının qərb istiqaməti üzrə rəis müavini Füzuli Kərimovun Zero-Cool.ucoz.ru-nun Gəncəbasar müxbirinə verdiyi məlumata görə, bu qatarın 5 vaqonu 96-97 saylı Bakı-Ağstafa qatarına əlavə olunacaq. Biletləri isə əvvəlki kimi Gəncə Dəmiryol Vağzalından əldə etmək mümkün olacaq.
Bakıda ən bahalı torpağın sotu 330 min, ən ucuzu isə 350 dollardır
Binə Ticarət Mərkəzi”nin fəaliyyətə başlaması Qaradağ rayonunda torpağı bahalaşdırıb “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) paytaxtın torpaq bazarında apardığı növbəti aylıq monitorinqin nəticələrini açıqlayıb. Təşkilatdan Zero-Cool.ucoz.ru ya verilən məlumata görə, aprel ayında Bakı şəhəri üzrə torpaq bazarına təklif olunan 810,7 ha torpaq sahəsinin 76,9%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahəsi və köhnə yaşayış sahəsi təşkil edib. Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası aprel ayında bir qədər də zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq, azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib. Bazarın digər seqmentlərində olduğu kimi, torpaq bazarında da formalaşan passiv tendensiya əsasən iqtisadi böhranın təsiri ilə bağlı olub. Ötən aylarda olduğu kimi, aprel ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3,2% azalaraq, 21630 $/sot səviyyəsindən 20743 $/sot səviyyəsinə enib. Ay ərzində şəhər ətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən çox olsa da, qiymət azalması daha çox III və IV zonalarda qeydə alınıb. Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin daha çox enməsinə təkan verib. Qiymətlərin hələ də real dəyərindən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb. Ən çox qiymət azalması isə Səbail (-5,4%) rayonunda qeydə alınıb. Son dörd ayda ilk dəfə olaraq, nisbi də olsa, Qaradağ rayonunda qiymət artımı (0,7%) qeydə alınıb. Araşdırmalar göstərir ki, Qaradağ rayonunda “Binə Ticarət Mərkəzi”nin fəaliyyətə başlaması bu rayonda əmlakın qiymətinə təsirsiz ötüşməyib. Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Suraxanı və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur. Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (Atatürk prospekti) rayonunda (330000 min $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (350 $/sot) qeydə alınıb.
Dünyanın ən bahalı şirkəti də Çindədir
Çinin “PetroChina” neft kompaniyası dünyanın ən bahalı açıq səhmdar cəmiyyətinə çevrilib. Zero-Cool.ucoz.ru nun “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Kapital” qəzeti yazıb. Mayın 25-də Şanxay birjasında kompaniyanın səhmləri 3 faiz qalxıb və nəticədə şirkətin ümumi kapitalı 336 milyarda çatıb. Bununla da, “PetroChina” ABŞ-ın “Exxon Mobil” neft şirkətinin bazar qiymətini üstələyib. “Exxon Mobil”in qiyməti 335,9 milyard dollar təşkil edir. “PetroChina”nın qiyməti onun Sinqapurun “Singapore Petroleum” şirkətini almaq niyyəti barədə məlumat yayılandan sonra artıb. Razılaşmanın dəyəri 2,2 milyard dollar təşkil edə bilər. AFFA ilə “Azercell” əməkdaşlıq müqaviləsi bağlayıb
Mayın 24-də AFFA ilə “Azercell Telecom” MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Zero-Cool.ucoz.ru nun məlumatına görə, imzalanma mərasimində ilk olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edib: “Son vaxtlar ölkəmizdə futbolun kütləviliyinə, uşaq futboluna diqqət xeyli artıb. İnanırıq ki, AFFA ilə Azercell arasında imzalanan müqavilə bu sahənin inkişafında xüsusi rol oynayacaq. Ümidvarıq ki, respublikamızda fəaliyyət göstərən digər nüfuzlu şirkətlər də futbolun inkişafı üçün zəruri addımlar atacaqlar”. “Azercell Telecom” MMC-nin prezidenti Ali Ağan isə çıxışında bildirib ki, şirkət ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən tədbirlərdə fəal iştirak edir və idman da bu baxımdan istisna deyil: “Bizim başlıca məqsədimiz Azərbaycanının bizimlə qürur duymasıdır”. Daha sonra AFFA prezidenti Rövnəq Abdullayev və “Azercell Telecom” MMC-nin prezidenti Ali Ağan iki təşkilat arasında əməkdaşlıq müqaviləsini imzaları ilə rəsmiləşdiriblər. AFFA prezidenti Rövnəq Abdullayev üzərində Azərbaycan millisinin üzvlərinin imzası olan 14 nömrəli formanı “Azercell Telecom” MMC-nin prezidenti Ali Ağana hədiyyə edib. Sonra hər iki təşkilatın prezidenti Azərbaycan milli komandasının üzvləri ilə xatirə şəkli çəkdiriblər. Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam etdirildi.
Форма входа
Поиск
Календарь
«  May 2024  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Архив записей
Друзья сайта
  • Boxca.com
  • Divaneden.com
  • qaxlilar.ucoz.ru
  • zero-cool.ucoz.ru
  • Box.az

  • Copyright MyCorp © 2024